ətəyində namaz qılmaq olar*

not so pure and honest man ирон. шутл. не совсем чистоплотный, порядочный человек
ətəyi böyüklər əlindədir
ətəyindən sallanmaq
OBASTAN VİKİ
Namaz
Namaz (ərəb. صلاة‎) — İslam dininin sütunlarından biridir. Həmçinin İslamın 5 şərtindən 2-cisidir. Qurani-Kərimdə buyurulur: "(Ya Rəsulum!) Quranda sənə vəhy olunanı oxu və (vaxtı-vaxtında) namaz qıl. Həqiqətən, namaz (insanı) çirkin və pis əməllərdən çəkindirər." Buradan aydın olur ki, insanların günah işlərdən uzaqlaşması bilavasitə onun qıldığı namazdan asılıdır. Peyğəmbərimiz buyurmuşdur ki, ilk namazı qılan insan yaxşı olar ki, ilk dəfə məsciddə itaət etsin. Bu həm onun gündəlik qılma saatına təsir edəcək. Ənənəvi İslamda kişi və qadın hər bir müsəlmanın dua etməsi məcburidir. Məhəmmədə aid edilən bir sözə görə dedi: "Uşağınız yeddi yaşına çatanda ona dua etməsini əmr edin və on yaşında (bəzi söz-söhbətlərdə on üç) namaz qılmasa onu döyün. Hənbəli məzhəbinə görə namazı tərk etmək küfr, digər üç sünni məzhəbə görə isə günahdır.
Namaz Allahverdiyev
Namaz Bədəlov
Namaz Hüseyn oğlu Bədəlov (d. 1932 – ö. 1999) — azərbaycanlı alim, kənd təsərrüfatı elmləri doktoru. Namaz Bədəlov 20 may 1932–ci ildə Gürcüstan SSR–in Bolnisi rayonunun Faxralı kəndində anadan olmuşdur. İbtidai və orta təhsilini Faxralıda almışdır. 1954–cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunu bitirdikdən sonra Faxralıya qayıdaraq 1959–cu ilədək kənddəki "Qələbə" kolxozunda aqrotexnik, baş aqronom işləmişdir. 1959–1961-ci illərdə Azərbaycan Elmi-Tədqiqat İpəkçilik İnstitutunun aspirantı olmuşdur. Aspiranturanı müvəffəqiyyətlə bitirdikdən sonra o, 1961–ci ildən bu institutun elmi katibi vəzifəsinə irəli çəkilmişdir. Namaz Bədəlov 1964–ci ildə "Azərbaycanda tut ipəkqurdunun damazlıq yemləməsi üçün çəkil sortlarının seçilməsi" adlı namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib, biologiya elmləri namizədi elmi dərəcəsi almışdır. O, 1972-ci ilədək İpəkçilik İnstitutunun elmi katibi vəzifəsində işləmişdir.
Vacibi namaz
Vacibi namaz — qılınması vacib olan namaz. Sübh namazı Zöhr namazı Əsr namazı Şam namazı İşa namazı Ayət namazı Həcc ilə ümrə zamanı qılınan təvaf namazı Atanın, böyük oğulun üzərinə ehtiyata-əsasən vacib olan qəza namazı. Əhd etmək, and içmək, nəzir demək və icarə etməklə vacib olan namazlar Cümə namazı sünni məzhəbində vacib, şiə məzhəbində isə zamanə imamının hazır olduğu zaman vacib, qeybdə olduğu müddətdə təxyiri-vacibdir. Fitr və qurban bayramlarının namazı şiə məzhəbində zamanə imamının hazır olduğu zaman vacibdir və camaat namazı kimi qılınmalıdır, qeybdə olduğu müddətdə isə müstəhəbdir və camaat namazı, yaxud furada (fərdi şəkildə) qılmaq olar.
Namaz Yusubov
Təpəbaşı-i Namaz
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
Axırıncı namaz (film, 1963)
Axırıncı namaz — rejissor Zeynəb Kazımova tərəfindən 1963-cü ildə ekranlaşdırılmış qısametrajlı bədii filmi. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. == Haqqında == Azərbaycan Dövlət Film Fondunda kinorejissor Zeynəb Kazımovanın 110 illik yubileyinə hazırlıqlar çərçivəsində aparılan yeni araşdırmalar zamanı 1968-ci ildə rus dilində Moskvada çap olunmuş "Sovet bədii filmləri. Annotasiyalı kataloq" kitabının 1958–1963-cü illərdə çəkilmiş filmləri əhatə edən IV cildinin 607-ci səhifəsindəki məlumatlara əsasən, rejissorun 1963-cü ildə "Axırıncı namaz" adlı ikihissəli qısametrajlı bədii film çəkdiyi müəyyən edilib. Bədii filmin yeganə nüsxəsi Naxçıvan Dövlət Film Fondunun bazasında aşkara çıxarılıb və həmin nüsxə Azərbaycan Dövlət Film Fondunda elektron bərpa olunub. Filmin adına bu günədək Azərbaycan kinosu haqqında hazırlanmış heç bir kataloq və siyahıda rast gəlinməyib. Filmin rejissoru Zeynəb Kazımova, operatoru Əsgər İsmayılov, rəssamı Məmmədağa Hüseynov, bəstəkarı Zakir Bağırovdur. Rolları Ağadadaş Qurbanov, Möhsün Sənani, Ətayə Əliyeva, Münəvvər Kələntərli və digər məşhur Azərbaycan aktyorları ifa edirlər. Aktrisa M.Kələntərlinin "Axırıncı namaz" filmində canlandırdığı epizodik rol kinoda ifa etdiyi sonuncu obrazıdır. Film 1963-cü ildə "Azərbaycanfilm" kinostudiyasında ekranlaşdırılıb.
Təpəbaşı-i Namaz (Şot)
Təpəbaşı-i Namaz (fars. تپه باشي نماز‎‎) və ya Təpəbaşı - İranın Qərbi Azərbaycan ostanının Şövt şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 87 nəfər yaşayır (25 ailə).
İsgəndərzadə Mustafa Namaz oğlu
İsgəndərzadə Mustafa Namaz oğlu 17 noyabr, 1939-cu ildə Ermənistan Respublikasının Dərəçiçək mahalında anadan olmuşdur. 1948-ci ildə ailə üzvləri ilə birlikdə Azərbaycan Respublikasına deportasiya olunmuşdur. Deportasiya olunduqdan sonra, Azərbaycan Respublikasının, Ağstafa rayonunun "Kalinka" kəndinə köçmüş və burada məskunlaşmışdılar. Həmin illərdə, yaşadığı rayonda təhsil almağa başlamışdır və 8 illik təhsilini məhz həmin məktəbdə bitirmişdir. 8 illik təhsilini bitirdikdən sonra,1956-cı ildə "Kirovka" kəndinin nəzdində olan məktəbə təhsilinə davam etmişdir. 1958-ci ildə təhsilini tamamilə başa vurduqdan sonra, hərbi qulluğa yollanmışdır. 1961-ci ildə hərbi xidmətini layiqincə başa vurduqdan sonra,təhsil həyatına davam etmişdir. Azərbaycan Dillər İnstitutunun "Rus dili və ədəbiyyatı" fakültəsinin axşam qrupları bölməsinə daxil olmuşdur.Qeyd etmək lazımdır ki, dərslərinin olmadığı müddətlər isə, soyuducu zavodunda işləyirdi. 1962-ci ildə, məktəb yoldaşı Qurbanova Mənzərə İmran qızı ilə ailə həyatı qurmuşdur və bir oğlu İsgəndərzadə Çinar 1978-ci ildə dünyaya gəlmişdir. İSGƏNDƏRZADƏ MUSTAFA NAMAZ OĞLU 27 noyabr, 2015-ci ildə dünyasını dəyişmiş və Bakı şəhərində dəfn olunmuşdur.
Dama-dama göl olar (film, 1982)
Bəsləsən atlas olar tut yarpağından (film, 1957)
Bəsləsən atlas olar tut yarpağından qısametrajlı sənədli filmi rejissor İsmayıl Əfəndiyev tərəfindən 1957-ci ildə çəkilmişdir. Bakı Kinostudiyasında istehsal edilmişdir. Elmi-kütləvi filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur. == Məzmun == Elmi-kütləvi filmdir. Filmdə respublikamızda baramaçılığın inkişafında elmin nailiyyətlərinin tətbiqindən bəhs olunur.